Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

UFC-də döyüşən yeganə azərbaycanlı haqqında film çəkilib

06.07.2021 22:22 1 263
UFC-də döyüşən yeganə azərbaycanlı haqqında film çəkilib
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov UFC-də (Ultimate Fighting Championship) döyüşən yeganə Azərbaycan əsilli döyüşçü Rəfael Fiziyev haqqında sənədli film çəkib.

"Report"un yerli bürosu xəbər verir ki, "Çempionla bir gün" adı altında çəkilən filmdə R.Fiziyevin həyatı və peşəkar döyüş karyerasından bəhs olunub. Atası azərbaycanlı olan dünya şöhrətli idmançı Qazaxıstanda dünyaya gəlib və hazırda Taylandda fəaliyyətini davam etdirir. Rejisssor E. Bayramov hazırda ABŞ-ın Florida ştatının Deerfield şəhərində Sanford döyüş mərkəzində təlimlər keçən döyüşçü haqqında hazırladığı sənədli filmdə onun Azərbaycana bağlılığından və büyük sevgisindən bəhs edib.

E.Bayramov "Report"a müsahibəsində deyib ki, R.Fiziyevin həyatını ekranlaşdırmaqda məqsəd uğurlu azərbaycanlı kimliyi ilə tanınan peşəkar bir döyüşçünün dünya ictimayyətinə təqdim etmək olub: “ Rəfael müxtəlif döyüş növləri üzrə yüzlərlə mükafata layiq görülüb. Mən Rəfaellə tanış olanda onun Azərbaycanda heç vaxt olmamasına baxmayaraq, ölkəmizə olan dərin sevgisini hiss etdim. Döyüşçünün atası azərbaycanlı, anası isə isə rusdur. Vətən müharibəsi dövründə sosial media üzərindən müxtəlif dillərdə ölkəmizə dəstək mesajları paylaşan idmançının ürəyi Azərbaycanla döyünür. Onun həyat hekayəsindən və peşəkar idman fəaliyyətindən bəhs edən ekran işində əsas mövzu elə Azərbaycandır. O, atasının ölkəmizlə bağlı xatirələrindən, Azərbaycan yeməklərindən, milli atributlarımızdan və yetişdiyi ailədə ona aşılanan Azərbaycanın milli və mənəvi dəyərlərindən bəhs edib. Rəfael yarışlara xalqımızın adət ənənəsində xüsusi yer tutan qədim, milli papaqdan istifadə edərək çıxır".

Filmdə günümüzün dünyaca məşhur döyüşçüləri Gilbert Burns, Nikahla Lentz və Raymond Daniels və məşqçiləri Henri Huft, Kami Barzini Rəfael haqqında fikirlərini bölüşüblər. İngilis və rus dillərində ərsəyə gələn film hazır olduqdan sonra sənədli film festivallarında iştirak üçün nəzərdə tutulub”.

Rejissor ekranlaşdırdığı sənədli film vasitəsi ilə uğurlu bir azərbaycanlını və ölkəmizi sadəcə ABŞ ictimayyətinə deyil, eyni zamanda dünyaya tanıdacağını deyir: “Film "Old Stone Pictures" media prodakşın tərəfindən istehsal olunub. Filmi sentyabr ayında yekunlaşdırmağı planlaşdırırıq. Ümid edirəm ki, ölkəmizdə də, Rəfaeli tanıyacaqlar və onu dəstəkləyəcəklər”.

скачать dle 11.3
Mojo.az Banner