Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi

06.07.2021 18:39 897
Yol polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

"Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur".

Qeyd olunanları nəzərə alaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər.скачать dle 11.3
Mojo.az Banner