Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir

05.07.2021 22:40 846
Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir.

Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Müraciətlərə “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.

Müraciət etmək istəyən gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytından “Elektron xidmət” bölməsi vasitəsi ilə təqdim etməlidirlər. Layihələrin maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu Fondun saytında yerləşdirilib.скачать dle 11.3
Mojo.az Banner