Mojo.az Banner
12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyçay xəstəxanasının həyətində qumarxana açılıb? - RƏSMİ AÇIQLAMA

01.07.2021 17:44 2 451
Göyçay xəstəxanasının həyətində qumarxana açılıb? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində qumarxana açıldığı, orada fəaliyyət göstərən kafedə spirtli içkilərin satılması, müştərilərin səs-küyündən xəstələrin narahat olması ilə bağlı görüntülər yayılıb.

Bildirilib ki, buna xəstəxananın baş həkimi Elçin Bilalov şərait yaradır.

Məsələ barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov barəsində səsləndirilən iddiaların heç bir əsası yoxdur.

Yayılan məlumatlara Daxili İşlər Nazirliyi də münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin məsələ ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsinə hər hansı bir şikayət və ya müraciət daxil olmayıb:

“Yayılan xəbərlərlə bağlı aparılan araşdırma zamanı kafenin xəstəxananın inzibati ərazisində yerləşmədiyi, ancaq tibb məntəqəsinin həyətində həmin iaşə müəssisəsinə məxsus bir neçə masanın qoyulduğu məlum olub. Orada müxtəlif kart oyunlarının oynanılması ilə bağlı səsləndirilən iddialar isə öz təsdiqini tapmayıb”.

“Obyektin sahibi Polis Şöbəsinə dəvət olunub, onunla profilaktik söhbətlər aparılıb. Xəstəxananın həyətində olan masaların tez bir zamanda oradan götürülməsi barədə ona xəbərdarlıq olunub”, - deyə DİN rəsmisi qeyd edib.скачать dle 11.3
Mojo.az Banner