19:12 Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi  |     19:05 Pakistan Əfqanıstana zərbələr endirdi  |     19:00 Prodüser Təranənin cəzası azaldıldı  |     18:53 COP30-la əlaqədar ezamiyyə normaları dəyişdi  |     18:49 Tural Güləhmədova yüksək VƏZİFƏ VERİLDİ  |     18:32 Bakıda eyvanlar arasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video  |     18:21 Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ  |     18:00 Londonda səhvən azadlığa buraxılmış məhbus polisə təslim oldu  |     17:53 "Zəfər Yolları" adlı sənədli film təqdim edildi - Video  |     17:51 Əməkdar artist Vahid Əliyev VƏFAT ETDİ  |     17:33 Rusiyada mer istefa verdi  |     17:26 Yanacağa görə yol vergisi kəskin artırılacaq  |     17:20 "Avropa klublarından maraq ola bilər" - Elvin Cəfərquliyev  |     17:12 İndoneziyada vulkan püskürdü  |     17:07 Sumqayıtda kirayə ev axtaran qadın və qızı basqına məruz qaldılar  |     17:00 İmişlidə yanğın - 2 nəfər zəhərləndi  |     16:53 Cəbrayıla yeddi baş ceyran buraxıldı  |     16:47 Türkiyə Rusiyanın S-400-lərindən imtina edir?  |     16:41 Bakıda obyekt yanıb  |     16:29 Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN  |    

Son üç ildə neçə kənd qazlaşdırılıb? - AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Regionlarının sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nəaliyyətlər əldə olunub.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb:

“Belə ki, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 000 artaraq hazırda 2,3 milyonu ötüb”.

T. Cəfərov bildirib ki, yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində 6 000 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib:

“Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütün növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 000 kilometrdən artıq qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub”.

O qeyd edib ki, müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN Xidmət” və ASAN kommunal” mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır.

“Azəriqaz” rəsmisi bildirib ki, əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir:

“Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 Çağrı Mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir”.

O həmçinin vurğulayıb ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət alıb:

“Yaxın perspektivdə əsas hədəflərimiz “Azəriqaz” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiya, əməliyyat səmərəliliyini artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 30.06.21 11:38