Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yük maşınlarından akkumulyator oğurlayan dəstə üzvləri saxlanıldı - VİDEO

25.06.2021 18:48 837
Bakıda yük maşınlarından akkumulyator oğurlayan dəstə üzvləri saxlanıldı - VİDEO
Qaradağ rayonu Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumulyatorları oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, zərərçəkən sürücülər ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb.

Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.

Onlar ifadələrində Qobustan qəsəbəsində oğurladıqları akkumulyatorları Binəqədi rayonunda əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.скачать dle 11.3
Mojo.az Banner