Mojo.az Banner
12:31 Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə - VİDEO  |     12:14 İran ordusuna məxsus təyyarə qəzaya uğrayıb  |     12:03 Danimarka İran bayrağı altında üzən gəmini saxladı  |     11:48 Meyxanaçı Aqşin Fatehə məxsus restoran BAĞLANDI  |     11:43 Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi  |     11:35 Buzovnada elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     11:32 DİQQƏT! Gecə Bakının əsas yollarından biri BAĞLI OLACAQ  |     11:28 Rusiyada səmaya qalxan vertolyot YOXA ÇIXDI: Göyərtədə güc strukturlarının əməkdaşları da olublar  |     11:23 Ermənipərəst senator Vaşinqtonda təxribatçıları müdafiə etdi - Video  |     11:18 Azərbaycanda ən az nəqliyyat vasitəsi bu şəhərdədir  |     11:15 Bu şəxslər metro ilə pulsuz gedib-gələ bilər  |     23:38 Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video  |     23:23 Azərbaycan 7 milyardlıq yardım layihəsində iştirak etmir - Hikmət Hacıyevdən açıqlama  |     23:21 Paris məhkəməsi Qənimət Zahidi suçlu saydı: Çingiz Qənizadəyə təzminat ödəyəcək  |     23:00 IMF Azərbaycana inflyasiya risklərinin monitorinqini tövsiyə edir  |     22:55 Gəncədə 38 yaşlı kişini bıçaqladılar  |     22:48 Nikol Kidman varlı iş adamı ilə romantik münasibətdə şübhəli bilinir  |     22:42 Ucarın 11 kəndi qazsız qaldı: "Yemək bişirə, çay qızdıra bilmirik" - Video  |     22:35 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb (YENİLƏNİB)  |    
Left Banner
Right Banner

Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”

23.06.2021 15:42 717
Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”
“1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışam, fevralın 14-də dağda olarkən çovğun başladı, izi itirdik”.

“Report”un xəbərinə görə, bunu əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Kamil Babayev deyib.

O bildirib ki, əsir düşəndə dişini erməni hərbçiləri qırıblar:

“Kəndin aşağı hissəsinə düşərək gizləndik. Gördük aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi görən kimi dedilər ki, “qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq”. Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır.

Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı digər əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi. Sonra hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Hərbçilərdən biri mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar.

Daha sonra məni Ağdama, oradan isə Xankəndiyə gətirdilər. Hər gecə ac-susuz dəfələrlə döyürdülər. Əsir düşəndən 3 aydan sonra çimməyə soyuq su verdilər. Əsirlikdə olanda döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xosrovyanı Şuşa həbsxanasında tanımışam. Onlar məni təpik, yumruq və armaturla döyürdülər. Xankəndiyə ev tikmək üçün apardılar. Bizi işlədib, sonra aparıb Mkrtiçyanla Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm”.скачать dle 11.3
Mojo.az Banner