Gürcüstanda gecə saatlarında küçəyə çıxmaq qadağası ləğv edilir
TASS agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat yayıb.
Qeyd edək ki, sözügedən qadağa 2020-ci ilin noyabr ayından etibarən koronovirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmişdi.
İ.Qaribaşvili həmçinin əlavə edib ki, iyul ayının birindən küçədə maska taxmaq artıq məcburi olmayacaq.