Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qalmaqallı Ağciyər İnstitutu məhkəməyə VERİLDİ – TƏBİB bir aydır ki SUSUR – FOTOFAKT

19.06.2021 14:58 1 446
Qalmaqallı Ağciyər İnstitutu məhkəməyə VERİLDİ – TƏBİB bir aydır ki SUSUR – FOTOFAKT
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı yazı bir ay əvvəl dərc etmişdik.

Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik.

Həmçinin Nuriyyə Səlimovanın institutda koronavirus xəstələri ilə çalışmayan həkimlərə qeyri-qanuni əməkhaqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim etməsi, rəhbərliyin isə bu şöbə müdirinin bu əməllərinə göz yumması və ölçü götürməməsi də iddia edilmişdi.

Xatırladaq ki, adı son vaxtar qalmaqallarda çəkilən və ən çox tənqid edilən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur ki, şöbə müdiri ilə işçilər arasında insident yaşanır.

Bu insidentlə bağlı tədbir görülməsi üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə də rəsmi müraciət də olunmuşdu. Amma nə TƏBİB, nə institut rəhbəri xəstəxanada yaşananları indiyədək yoluna qoya bilib.

İnstitut rəhbəri Həqiqət Qədirova bu illər ərzində şöbə müdirinə sadəcə iki dəfə xəbərdarlıq cəzası verməklə kifayətlənib.

Onu da bildirək ki, növbəti qalmalı TƏBİB yenidən nəzarətə götürərək araşdırmalara başlamışdı. Aradan bir ay vaxt keçsə də, TƏBİB bu barədə heç bir açıqlama vermir.

Bizim.Media isə sözügedən insidentlə bağlı e-məhkəmə elektron sisteminə istinad edərək əlavə məlumatlar əldə edib. Məlum olub ki, labaratoriya həkimi Aynur Əsədli əmək mübahisəsi səbəbindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu məhkəməyə verib. Hazırda Nizami Rayon Məhkəməsində hakim Qumru Əliyeva tərəfindən işə baxılır.
TƏBİB isə hələ də susur.
скачать dle 11.3
Mojo.az Banner