Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Aya uçuş: NASA raketinin ilk görüntüləri – FOTO

17.06.2021 22:57 933
Aya uçuş: NASA raketinin ilk görüntüləri – FOTO
NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib. Sözügedən raketlər astronavtların Aya yollanmalarında istifadə olunacaq. Bu raketlər Nyu Yorkdakı Azadlıq heykəlindən daha hündürdülər. NASA mühəndisləri tərəfindən hazırlanmış Space Launch System adlı güclü raketlər bu onillikdə astronavtların Aya çatdırılmasında istifadə olunacaqlar. Mühəndislər artıq 65 metr hündürlükdə olan əsas pilləni böyük olmayan 2 ədəd daşıyıcı raketin arasına endirmə prosesini reallaşdırıblar.

Bu, ilk haldır ki, raketin 3 əsas hissəsi start konfiqurasiyası şəklində bir yerdədir. NASA agentliyi SLS-in ilk uçuşunu bu ilin sonunda reallaşdırmağı planlaşdırır. Artemis-1 adlı missiya çərçivəsində sözügedən raket ABŞ-ın Orion adlı yeni nəsil kosmik gəmisini Ayın orbitinə çatdıracaq. Lakin kosmik gəminin daxilində astronavtlar olmayacaq. Mühəndislər sadəcə olaraq raketin və kosmik gəminin dözümlülüklərini yoxlamaq istəyirlər. Astronavtların isə 2023-cü və ya 2024-cü ildə Aya göndərilməsi planlaşdırılır.

SLS raket sistemi 1 ədəd böyük əsas pillədən ibarətdir. Onun daxilində yanacaq üçün çənlər və 4 güclü mühərrik mövcuddur. Sözügedən əsas pillənin kənar hissələrində isə hər biri 54 metr hündürlükdə olan 2 ədəd sürətləndirici raket (SRB) yerləşir. Həmin raketlər itələmə gücünün böyük hissəsini təmin edirlər və bunun sayəsində uçuşun ilk 2 dəqiqəsi ərzində SLS-i Yer səthindən qaldıra bilirlər. Həm əsas pillənin həm də sürətləndirici raketlərin hündürlükləri Azadlıq heykəlindən daha yüksəkdir.

Son xəbərlər