Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə 15 silah qaçaqmalçısı tutulub

17.06.2021 18:47 1 188
Türkiyədə 15 silah qaçaqmalçısı tutulub
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

Muğla Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı 15 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Xatırladaq ki, ötən gün keçirilən əməliyyat zamanı dəstə üzvləri ilə baş verən atışmada bir polis əməkdaşı şəhid olmuşdu.

Son xəbərlər