Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan ağırlıqqaldıranı Olimpiadada ikinci dəfə olmayacaq

16.06.2021 20:23 1 020
Azərbaycan ağırlıqqaldıranı Olimpiadada ikinci dəfə olmayacaq
Azərbaycanın ağırlıqqaldırma idman növündə ardıcıl ikinci dəfə Olimpiadada təmsil olunmayacağı dəqiqləşib.

Buna səbəb dünya və dördqat Avropa çempionu, Azərbaycanı təmsil edən bolqar əsilli Boyanka Kostovanın qanında qadağan olunmuş dopinq maddəsi - stanozololun tapılmasıdır.

O, apreldə Moskvada dördüncü dəfə Avropa çempionu olmaqla Tokio Olimpiya Oyunlarına lisenziya qazansa da, ötən ay onun dopinq testi müsbət nəticələnmişdi. Onun dopinqdən istifadə etməməsini sübut etməsi üçün B test nümunəsinin açılması lazım idi.

Lakin əldə etdiyimiz məlumata görə, Bolqarıstanda dopinqdən istifadə etmiş Azərbaycan təmsilçisi əlavə xərc çəkib B test nümunəsi açdırmayacaq. Qeyd edək ki, B test nümunəsini açdırmaq üçün təxminən 2-3 min dollar ödəmək lazımdır.

Reytinqlə digər ağırlıqqaldıranlarımız Olimpiadada iştirak etmək üçün yetərli lisenziya xalları qazanmayıb deyə, bu o demək olur ki, Tokio Olimpiadasında Azərbaycan təmsilçisi yenə olmayacaq.

Qeyd edək ki, 2016-cı ildəki Rio Olimpiadasında da Azərbaycan dopinq qalmaqalına görə yarışdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner