Mojo.az Banner
21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Prezidenti: Ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik

15.06.2021 22:16 954
Türkiyə Prezidenti: Ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik
"Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır".

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib:

"Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

Bir az əvvəl qardaşımın ifadə etdiyi kimi, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik.

Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir.

Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Təbii ki, bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk. Bir az əvvəl “Baykar” şirkətinin baş direktoru Haluk bəyə qardaşım “Qarabağ” ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusilə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları burada ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Bu düşüncələrlə cənab Prezident Əliyevə mənə və nümayəndə heyətimə göstərdiyi yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Toplantımızda qəbul etdiyimiz qərarların xeyirli olmasını arzu edirəm. Hamınızı sevgi və hörmətlə salamlayıram. Sağlıqla qalın".
скачать dle 11.3
Mojo.az Banner