Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: “Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”

15.06.2021 18:18 1 869
İlham Əliyev: “Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”
“Bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbrsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks sədası olacaq”.

Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq. Şuşa şəhəri işğaldan keçən ilin noyabrın 8-də azad edilib. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayaları görərkən başa düşür ki, alınmaz qala sayılan bu şəhəri azad etmək böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmanaraq, demək olar ki yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı, Azərbaycan bayrağını ucaltdı. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir”, deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3
Mojo.az Banner