Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İran Azərbaycandan elektrik enerjisi idxalına başlayıb

12.06.2021 19:21 801
İran Azərbaycandan elektrik enerjisi idxalına başlayıb
İran elektrik təchizatı məhdudiyyətlərini azaltmaq üçün Azərbaycandan elektrik enerjisi idxalına başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Energetika Nazirliyinin Elektrik enerjisi məsələləri üzrə Mətbuat katibi Mostafa Rəcəbi Məşhədi deyib.

O bildirib ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsinə sinxronlaşdırılması ilə bu ölkədən elektrik enerjisi idxalına başlanılıb: “Hazırda bu ötürücü xəttdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xəttdən idxal olunan elektrik enerjisinin həcmi, ən yüksək istehlak saatlarında 130 meqavata qədər artırıla bilər”.

Qeyd edək ki, bu ayın əvvəlində İranın daxili enerji ehtiyacını ödəmək üçün Türkmənistandan 140 meqavat elektrik enerjisi idxal edəcəyi açıqlanmışdı.

Nazirliyin ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün göstərdiyi səyləri vurğulayan Rəcəbi Məşhədi: “Xorasan bölgəsinin (İranın şimal-şərqinin) bir hissəsinin enerji ehtiyacını təmin edəcək olan 140 meqavat elektrik enerjisinin ilk mərhələdə Türkmənistandan idxal ediləcək”.

"Tehran Electricity Distribution" şirkətinin idarəedici direktorunun sözlərinə görə, hər il ölkənin elektrik enerjisi istehsalının həcmi 3 min meqavat artırılsa da, yağışların və su anbarlarında suyun səviyyəsinin azalması, əlavə edilən istehsal gücünü əvəzləşdirərək elektrik enerjisi istehsalını azaldıb.

Son 10 ildə İranda davamlı istiliyin artması və yağışların əhəmiyyətli dərəcədə azalması ölkəni pik istehlak dövrlərində elektrik enerjisi təchizatı məsələsində çətin vəziyyətə salıb.

Bu baxımdan, Energetika Nazirliyi son illərdə istehlakı idarə etmək və elektrik şəbəkəsindəki itkiləri azaltmaq üçün yeni strategiyaları izləyir.

Ötən ilin sonlarında energetika naziri Rza Ardakanian, nazirliyin aşağı istehlaklı ev təsərrüfatları və elektrik enerjisinin sənaye sektorunun istehlakçıları üçün yeni təşviq paketləri nəzərdən keçirildiytini açıqlamışdı.скачать dle 11.3
Mojo.az Banner