Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı

12.06.2021 17:04 2 112
İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı
İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır.

Bunu Prezident İlham Əliyev İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən bildirib.

İlham Əliyev qeyd edib ki, bu layihələr sırasında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var:

“Enerji sektorunda artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun”.

Son xəbərlər