Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, təhsil müəssisəsinin direktoru Esmira Muradova işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq tutduğu vəzifədən azad olunub.
