Mojo.az — elanlar
Son Xəbərlər
22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədət Quliyev Türkiyə səfiri ilə görüşüb

10.06.2021 18:58 2 301
Mədət Quliyev Türkiyə səfiri ilə görüşüb
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib.

MSN-dən "Report"a verilən məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

M.Quliyev bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut etdi.

Görüş zamanı həmçinin nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən Vətən müharibəsi dövründə Türkiyənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişafına zəmin yaratdığını qeyd edib.

Sonda Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri səmimi qəbula görə Mədət Quliyevə təşəkkürünü bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib

Son xəbərlər