Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) |
Mojo.az Avto
Mojo.az Avto

“Neftçi” seneqallı müdafiəçi ilə müqavilənin müddətini uzatdı

08.06.2021 11:43 1 281
“Neftçi” seneqallı müdafiəçi ilə müqavilənin müddətini uzatdı
“Neftçi” futbol klubu seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə müqavilənin müddətini daha 2 il uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, klub müdafiəçi ilə 2018-ci ilin dekabrında 2,5 illik müqavilə bağlamışdı.

Bundan əvvəlki klubu “Jalgiris” (Litva, 2016-2018) olan Mbodj “Dakar Sakre Kour” (Seneqal, 2011-2014), “Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. “Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Son xəbərlər