Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2020: Bakıda koronavirus xəstələri üçün yer ayrıldı

08.06.2021 11:21 1 029
AVRO-2020: Bakıda koronavirus xəstələri üçün yer ayrıldı
“Sevindirici haldır ki, Azərbaycanda Avropa çempionatının oyunlarına tribunaların tutumunun 50 faizi miqdarında azarkeşlərin gəlişinə icazə verilib”.

“Report”un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan “Bol idman” verilişində deyib.

Funksioner bununla əlaqədar dövlət qurumlarına təşəkkür edib:

“Bu, təbii ki, böyük nailiyyətdir. Koronavirusa yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur. Biz son 15 ayda pandemiya ilə əlaqədar üzləşdiyimiz vəziyyəti nəzərə almalı və diqqətli olmalıyıq. Azarkeşlərdən məsuliyyətli olmalarını xahiş edirik. Əminəm ki, hər bir fanat bunu dərk edərək stadiona gələcək. Birlikdə böyük futbol bayramını izləyəcəyik”.

Məmmədov hazırlıq işlərində hər şeyin qaydasında olduğunu vurğulayıb:

“İki ildir bütün dövlət təşkilatları ilə əməkdaşlıq edirik. Hər birinə və könüllülərə də təşəkkürlərimi çatdırıram. Hazırda 2020 könüllü fəaliyyətdədir”.

Assosiasiya rəsmisi AVRO-2020-də üzləşə biləcəkləri çətinliklər və risklər barədə də danışıb:

“Təbii ki, yoluxma riskləri mövcuddur. Çünki komandaların nümayəndələri də koronavirusa yoluxa bilərlər. Bunları nəzərə alaraq tədbirlər görmüşük. Azarkeşlərin də yoluxma ehtimalı var. Xüsusən xaricdən gələn fanatların. Çünki bəziləri çarter yox, tranzit reyslərlə gələcəklər.

Bununla da risk çoxalır. Koronavirus xəstələri üçün xüsusi məkan da seçilib. Belə hadisə baş versə, həmin azarkeşlər Atletlər Kəndində yerləşdiriləcək. Orada bir bloku rezerv etmişik. Bu, xüsusən xaricdən gələn azarkeşlər üçün nəzərdə tutulur. Təbii ki, bundan UEFA-nın, Azarkeşlər İttifaqının və fan klubların da xəbəri var. Əcnəbidirsə, Atletlər Kəndində yerləşdirəcəyik və öz hesabına karantin müddətində orada olacaq. Ümid edirəm ki, yoluxma olsa belə, çox az sayda qeydə alınacaq. Təki heç olmasın. Olsa belə, tədbirlərimizi görürük. Xaricdən gələn azarkeşlərə əlavə tələb qoyulub ki, hava limanında PCR testi istəsinlər. Testin cavabı neqativ olsa, onlar ölkəmizə daxil olacaqlar”.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.скачать dle 11.3
Mojo.az Banner