Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan amillər

07.06.2021 23:52 1 518
Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan amillər
Qida zəhərlənmələri ən çox yay mövsümündə baş verir. Həmin mövsümdə istifadə edilən bəzi məhsullar var ki, onlar xüsusi risk qrupuna daxildir. Məsələn, yemiş və qarpız torpaqda olan nitratları özünə çəkmək xüsusiyyətinə malikdir. Nitratı çox olan qarpız iri, çəhrayı rəngdə və şirin olur. Əslində, az nitratlı və təhlükəsiz qarpız al qırmızı rəngdə və içərisində sap şəklində ağ zoğlar olmalıdır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a dediyinə görə, süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalarda da bəzi mikroorqanizmlər və toksinlərin daşıyıcıları ola bilər. Bundan başqa zəhərlənmənin digər səbəbi məhsulun yaxşı yuyulmamasıdır: "Qida zəhərlənməsi zamanı ürəkbulanma, halsızlıq, qusma və hətta bayılma da müşahidə oluna bilər. Çox qusma və ishal baş verdikdə şok yaranması da mümkündür. Qida zəhərlənməsindən şübhələnmə baş verdikdə xəstəyə çoxlu maye içirmək və həkim yardımına üz tutmaq lazımdır".

Qidaların qəbulundan sonra zəhərlənmə əlamətləri 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarət varsa, dərhal xəstəxanaya müraciət edilməlidir.

Son xəbərlər