Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada xarici yük maşınları üçün yeni qayda: Cəriməsi olanlar ölkədən çıxa bilməyəcək

07.06.2021 22:38 939
Rusiyada xarici yük maşınları üçün yeni qayda: Cəriməsi olanlar ölkədən çıxa bilməyəcək
Xarici yük maşınları və avtobusların sahibləri bütün cərimələri ödəməyənə qədər Rusiyanı tərk edə bilməyəcəklər.

TASS xəbər verir ki, Rusiyada müvafiq qərar bu gündən qüvvəyə minir.

Gömrük nəzarəti proseduru zamanı daşıyıcının cəriməni ödəməyə vaxtı yoxdursa, nəqliyyat vasitəsini gömrük nəzarəti məntəqəsinin ərazisindən uzaqlaşdırmalıdır.

Eyni qərar Rusiya Federasiyası ərazisinə daxil olunan zaman da keçərlidir.

Son xəbərlər