Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda xaos davam edir: Daha bir gənc qəddar şəkildə qətlə yetirildi

07.06.2021 12:45 1 737
Ermənistanda xaos davam edir: Daha bir gənc qəddar şəkildə qətlə yetirildi
Ermənistanda xaos davam edir. Daha bir gənc insanların gözü qarşısında qəddar şəkildə öldürülüb.

Bu barədə erməni mediası xəbər yayıb.

Ermənistan İstintaq Komitəsi artıq qətlin üstünün açıldığı barədə məlumat yayıb.

Qeyd olunur ki, iyunun 5-də 1990-cı il təvəllüdlü Arevaşox sakini “Spitak Tibb Mərkəzi”nə yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası, omba əzələsində arteriya zədələnməsi, qanaxma, hemorajik anemiya şoku, əzab vəziyyəti və digər yaralanmalar diaqnozu qoyulub. O, elə həmin gün əməliyyat zamanı ölüb.

İlkin məlumatlara görə, ölən şəxs Spitak-Gümrü magistral yolundan Arevaşox kəndinə gedən yolun yaxınlığında bir qrup şəxslə mübahisə zamanı göstərilən bədən xəsarətlərini alıb.

İlkin istintaq nəticəsində hadisə ilə bağlı bir sıra vəziyyətlər, həmçinin elə həmin kənddə yaşadığı öyrənilən şübhəlinin kimliyi müəyyən olunub. O, həmkəndlisinin qətlində şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, Ermənistanda cinayətlərin sayı kəskin şəkildə artıb. Erməni deputat Naira Zoqrabyan bir müddət əvvəl bununla bağlı narahatlığını bildirərək ölkədə son günlər baş verən xaosun dəhşətini ötən əsrin 90-cı illərinin özbaşınalığı ilə eyniləşdirmişdi.скачать dle 11.3
Mojo.az Banner