Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Şarl Lekler: "Bakı Monako deyil, burada rəqibi ötmək olar"

05.06.2021 21:47 1 485
Şarl Lekler:
"Gün bizim üçün uğurlu alındı. Çünki bu qədər rəqabətli olacağımızı gözləmirdik".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olan "Ferrari" pilotu Şarl Lekler deyib.

24 yaşlı sürücü bütün rəqiblərini qabaqladığı üçün xoşbəxt olduğunu bildirib: "Komanda yoldaşım Karlos Sayns qəza keçirdi. Amma mən orada nə baş verdiyini görmədim. Ümid edirəm ki, bu, komandada ciddi problemə çevirilməyəcək".

Lekler sıralama turunda bolidinin yaxşı performans göstərdiyini sözlərinə əlavə edib: "Sabah bizi çətin anlar gözləyir. Bakı Monako deyil, burada rəqibi ötmək olar. Birinci yeri tutmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Amma çətin olacaq".

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.скачать dle 11.3
Mojo.az Banner