Mojo.az Banner
11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xəritəyə baxırıq, Şuşa da əldən gedib, uduzursunuz...” - Rusiyadan İrəvana zəng

03.06.2021 23:56 750
“Xəritəyə baxırıq, Şuşa da əldən gedib, uduzursunuz...” - Rusiyadan İrəvana zəng
44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.

Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, Ambarsumyan Yerevanda Təhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.

"Təhlükəsizlik Şurasının iclasında həm Onik Qasparyan (o zamankı Baş qərargah rəisi), həm David Tonoyan (müdafiə naziri) Nikol Paşinyana məruzə etdilər ki, şansımız yoxdur və biz uduzuruq. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi, o, Qarabağ ermənilərinin taleyi barədə həyacanlı çıxış etdi",-Ambarsumyan bildirib.

M.Ambarsumyan qeyd edir ki, həmin vaxt Şuşa və "Hadrutun yarısı" onların əlində idi. O, iclasda Paşinyanın döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyi barədə heç nə danışmamasından təəcübləndiyini deyir. Bildirir ki, həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi.скачать dle 11.3
Mojo.az Banner