Mojo.az Banner
18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Turizm Təşkilatı: Turistlərin sayı 83% azalıb

03.06.2021 20:05 1 086
Dünya Turizm Təşkilatı: Turistlərin sayı 83% azalıb
Bu ilin yanvar-mart aylarında dünyada turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon nəfər və yaxud 83% az olub.

Bu barədə mərkəzi qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb.

Məlumata görə, son bir ildə turistlərin sayı ən çox Asiya-Sakit Okean regionunda azalıb - 91%. Azalma dinamikasına görə növbəti yerlərdə Avropa (83%), Afrika (81%), Yaxın Şərq (78%) və Amerika (71%) regionları qərarlaşıb.

“Koronavirus (COVID-19) pandemiyasına görə ötən il turizm sektorunun ən pis ili olub, ancaq bu il sektor yavaş-yavaş bərpa olunur“, - deyə UNWTO bəyan edib.

Təşkilatın baş katibi Zurab Pololikaşvili bildirib ki, virus əleyhinə vaksin turizmin canlanmasında açar rolunu oynayacaq. Bununla belə, onun sözlərinə görə, "Şimal yarımkürəsində artım görmək istəyiriksə, testləri daha asan və uyğun qiymətə etməli, ünsiyyət və koordinasiyanı inkişaf etdirməliyik".
скачать dle 11.3
Mojo.az Banner