Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Dünyada turizmə 195 milyard dollar ziyan dəyib

22.06.2020 19:48 1 813
Dünyada turizmə 195 milyard dollar ziyan dəyib
2020-ci ilin ilk dörd ayı ərzində dünyada turizm gəlirləri ötən ilin əvvəli ilə müqayisədə 195 milyard dollar azalıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında digər ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb.

Təşkilatın proqnozlarına əsasən, 2020-ci il ərzində turistlərin sayı 850 milyon - 1,1 milyard nəfər, turizm gəlirləri isə 910 milyard - 1,2 trilyon dollar azala bilər.

Qeyd edək ki, 2019-cu ildə digər ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfərə çatmışdı. Bu, 2018-ci illə müqayisədə 4 faiz çox idi.

Son xəbərlər