Mojo.az Banner
SON DƏQİQƏ
21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

27.05.2021 22:46 1 542
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası can almaqda davam edir. Ölüm halları isə bütün dünyada gündən-günə artmaqdadır. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçmir. COVID-19 qurbanları sırasında ölkəmizdə tanınan insanlar da az deyil.

Sputnik Azərbaycan koronavirusdan dünyasını dəyişənlərin siyahısını təqdim edir.

Pandemiyanın yeni ayaq açdığı vaxtlarda Xalq artisti Teymur Mustafayev 82 yaşında koronavirusun qurbanı olub.



Tanınmış jurnalist Fərman Bağırov da koronavirusdan dünyasını dəyişib. Mərhum jurnalistə edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də COVID-19-dan dünyasını dəyişən məşhurlardandır.


Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu da dünyasını dəyişib. Tanınmış ifaçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılan tamaşalarda bir çox yaddaqalan obrazlar yaratmış Azərbaycanın Xalq artisti Sabir Əliyev də COVID-19-dan dünyasını dəyişənlər sırasındadır.



Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov da koronavirusdan vəfat edib.

Gənc müğənni Toğrul Həbibi də uzun müddət xroniki xəstəliklə mübarizə aparıb, amma koronavirusa qalib gələ bilməyib.


Digər koronavirus qurbanlarından biri xalqın sevimlisi, gitaraçı Rəmişdir. Rəmiş bir müddət müalicə alsa da, vəfat edib.


Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.

"Ağbaba" qrupunda fəaliyyət göstərən müğənni Faiq Tapdıqoğlu koronavirus səbəbindən həyatla vidalaşıb.

Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, "Palmali" şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov 69 yaşında koronavirusun qurbanı olub.


Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçməyib. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi "buzlaşmışdı". Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.


Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçməyib. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi "buzlaşmışdı". Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.


Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.скачать dle 11.3

Son xəbərlər

MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar