Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Tərtərdə cinayət törədən şəxslər saxlanılıb

18.05.2021 14:22 1 077
Tərtərdə cinayət törədən şəxslər saxlanılıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ötən ilin dekabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən məişət əşyalarının oğurlanması barədə Tərtər RPŞ-yə məlumat daxil olub.

Keçirilmiş tədbirlər nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Səxavət Axundlunun yeri müəyyən edilərək saxlanılıb.

Bundan başqa daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıb.

Həmin şəxslərin Bərdə rayon sakini Şəhriyar Babayev və Ağdam rayon sakini Elvin Sadıqov olduğu müəyyən edilib. Onların üzərində aparılan şəxsi axtarış zamanı Ş. Babayevdən şəxsi istehlak miqdarından artıq metamfetamin və heroin, E. Sadıqovdan da heroin aşkar edilərək götürülüb.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər nəticəsində axtarışda olan şəxsin də yeri müəyyən edilib. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Bərdə rayon sakini Bəybala Kamranbəyli saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner