Mojo.az Banner
19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |    
Mojo.az Avto
Mojo.az Avto

“Space” TV-yə yeni rəhbər təyin olunub

05.05.2021 14:14 2 058
“Space” TV-yə yeni rəhbər təyin olunub
“Space” televiziya kanalına yeni rəhbər təyin olunub.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova “Space” televiziyasına rəhbər vəzifəsinə təyin edilib.

Ü.Mikayılova Oxu.Az-a açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub və sabahdan vəzifəsinin icrasına başlayır.

Ülviyyə Mikayılova bu təyinata qədər Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub. Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.

2009-cu ildən Dünya Bankının və UNİCEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim kimi fəaliyyət göstərir. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.скачать dle 11.3
Mojo.az Banner