Mojo.az Banner
15:29 Rusiya Silahlı Qüvvələri iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     14:55 İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı  |     14:46 Tehrandan Kiyevə sərt reaksiya: "İran lazımi addımlar atacaq"  |     14:34 Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI  |     14:21 Hövsanın bəzi ərazilərində SU KƏSİLƏCƏK  |     13:31 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     13:25 Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub  |     13:17 İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi  |     12:54 "Real Madrid"in ulduzlarının transfer yalanı: Agentlik mediaya qarşı ayağa qalxdı  |     12:40 Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     12:35 İyulda neçə adamı gün vurub?  |     12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |     11:26 Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib  |     11:26 "Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA  |     11:24 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək  |     11:22 Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |    
Left Banner
Right Banner

Cinsi əlaqədə olmaqdan imtina etdiyi üçün öldürdüyü qadın mollanın qohumu imiş - TƏFƏRRÜAT

03.05.2021 14:04 2 877
Cinsi əlaqədə olmaqdan imtina etdiyi üçün öldürdüyü qadın mollanın qohumu imiş - TƏFƏRRÜAT
Lerik rayonun Barzavu kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

1971-ci il təvəllüdlü Murad Əskərov kənd camaatının ödənişi ilə yasin surəsi oxuyan şəxs olub.

Qətlə yetirilən qadının üç oğlu olub. Oğlunun biri Bakı şəhərində işləyir, biri hərbi xidmətdədir, digəri isə onunla birlikdə kənddə yaşayıb. Mərhumun həyat yoldaşı Rusiyadadır.

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Zəkifə Fərziyeva etiraz edərək onu evindən qovub.

Bu ilin aprelin 28-də günorta saatlarında M.Əsgərov sahədə kartof əkirmiş, Zəkifə Fərziyevanın oğlunun evdən çıxaraq, meşəyə odun gətirməyə getdiyini görüb və gizli şəkildə mərhumun evinə gəlib. M.Əskərov onunla cinsi əlaqədə olmaq istəsə də, qadın qışqırıb. Bu zaman o, cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazına xəsarət yetirib.

M.Əsgərov ilkin ifadəsində qadını bıçaqla yaralayaraq onu qorxutmaq istədiyini bildirib. O, qadının baş verən hadisəni başqalarına danışacağından ehtiyat etdiyi üçün mərhuma yeddi bıçaq zərbəsi endirib.

Zəkifə Fərziyeva onu qətlə yetirən şəxsin qardaşının baldızı olub.

* * * * *

Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanı yaşadığı evdə qətlə yetirən Murad Əskərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Qeyd edək ki, kəndin mollası M.Əskərov Z.Fərziyevanın evdə tək olduğunu bilərək mənzilə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əskərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mərhum 3 uşaq anası olub.скачать dle 11.3
Mojo.az Banner