Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nevroz xəstəliyinin əlamətləri

29.04.2021 19:19 2 052
Nevroz xəstəliyinin əlamətləri
Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. "Nevroz" termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) "nevroz" əvəzinə "nevrotik pozğunluq" qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox "nevroz" termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.

Son xəbərlər