Mojo.az Banner
20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |    
Mojo.az Avto
Mojo.az Avto

Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək

28.04.2021 20:02 1 017
Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək
Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə qaydasını təsdiq edib.

"Report" xəbər verir ki, “İcra məmurları haqqında” qanuna əsasən Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Nazirlər Kabinetinə həvalə edilib.

Qaydaya əsasən vəsaitin 50 faizi Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.скачать dle 11.3
Mojo.az Banner