Mojo.az Banner
22:11 Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib  |     21:59 SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB - GÖRÜNTÜLƏR - Video  |     21:46 Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı  |     21:40 Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub  |     21:35 Məşhur şirniyyat sexi bağlandı  |     21:28 İsrailə hücum: nazir oğlu da yaralandı  |     21:20 Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq  |     21:06 İtaliya İranın Naxçıvana dron hücumlarından narahatlığını ifadə edib  |     20:58 Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI  |     20:50 Ramazanın on yeddinci gününün - imsak, iftar vaxtı və duası  |     20:43 KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib  |     20:37 Şəkidə 3200 abonent qazsız qalıb  |     20:33 Alen Berse: "İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir"  |     20:31 Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb  |     20:17 İsrail SEPAH-ın keçmiş kəşfiyyat rəisini məhv etdi  |     20:15 İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək - FOTO  |     20:04 İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA  |     19:51 Tramp daha bir ölkənin çökəcəyi proqnozunu verdi  |     19:41 Apteksiz uzunömürlülüyün sirri: Hər hansı əlavədən daha təsirli vərdiş  |     19:37 Litva Naxçıvana hücumu qətiyyətlə pisləyir  |    
Left Banner
Right Banner

İlham Əliyev yenilənmiş “Cəbrayıla xoş gəlmisiniz” yazısının önündə - VİDEO

26.04.2021 22:38 2 493
İlham Əliyev yenilənmiş “Cəbrayıla xoş gəlmisiniz” yazısının önündə - VİDEO
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Səfər çərçivəsində ölkə başçısı Cəbrayıl rayonunun girəcəyində quraşdırılmış və işğaldan azad olunduqdan sonra yenilənmiş “Cəbrayıl” yazısının önündə foto çəkdirib.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.

“Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə rayonun girişində ucaldılmış lövhəni biz yenidən qurduq. Eyni forma və dizaynla “Cəbrayıla xoş gəlmisiniz” lövhəsini bərpa etdik”.

Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

O bildirib ki, sözügedən löhvə işğal dövründə tamamilə sökülmüş, paslanmışdı və onun paslanmış görüntüləri mətbuatda da var:

“Ona görə də tarixi ədaləti bərpa edərək bu lövhəni yenidən qurduq. Bütün azad olunmuş şəhərləri də yenidən bərpa edəcəyik”.скачать dle 11.3
Mojo.az Banner