Mojo.az Banner
19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |     18:36 Macarıstanın yeni prezidenti seçildi  |     17:38 Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi  |     17:22 Bir il əvvəl itkin düşən qadın oğlu tərəfindən ÖLDÜRÜLÜBMÜŞ  |     17:02 Yaşlılara sürücülük qadağası var? – Hüquqşünasdan AÇIQLAMA  |     16:53 Alimlər xəbərdarlıq etdilər: 12 avqustda maqnit qasırğası baş verəcək  |     16:46 1200-dən çox şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb - SƏBƏB  |     15:35 Bakıda sürücüləri kütləvi cərimələyən yeni radar? - DİN-dən AÇIQLAMA  |     15:27 Məktəbəhazırlıq qruplarına 17 mindən çox uşaq qeydiyyatdan keçib  |     15:22 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı  |     15:14 Ürək sağlamlığı üçün ən faydalı balıqlar BUNLARDIR  |     15:09 İranda qisas bayrağı qaldırıldı  |     15:01 Vanqadan 2026-cı il üçün qorxunc proqnozlar  |     14:56 Ən şanslı 3 bürcü - Uğur qapıları açıldı  |    
Left Banner
Right Banner

Mərkəzi Bank Türkiyə Kapital Bazarları Şurası ilə əməkdaşlıq edəcək

23.04.2021 20:14 2 175
Mərkəzi Bank Türkiyə Kapital Bazarları Şurası ilə əməkdaşlıq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən, səmərəli fəaliyyət göstərən, şəffaf və müasir kapital bazarının formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir və bu tədbirlərin effektivliyini və beynəlxalq təcrübəyə uyğunluğunu təmin etmək üçün beynəlxalq əməkdaşlığa önəm verir.

AMB-dən bildirilib ki, Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.

Memoranduma əsasən, hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq. Sənəd iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, maliyyə sektorunda da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm kapital bazarlarının, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.скачать dle 11.3
Mojo.az Banner