Mojo.az Banner
SON DƏQİQƏ
18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

16.04.2021 16:08 1 443
Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib
Almaniyaya mövsümlük işçi kimi gələn Gürcüstan vətəndaşları problemlə üzləşib.

Bu barədə Avropa bürosuna Bavariya əyalətindəki bir çiyələk tarlasında çalışan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, ötən ay Almaniyaya mövsümlük işçi kimi gəliblər. Gürcüstanda olarkən Almaniyaya işçi kimi gəlmək üçün müqavilə bağladıqları şirkət onlardan adambaşına 100 avro pul alıb. Etiraz edən azərbaycanlılar əsasən Marnueli rayonundandır. Onlar bildirirlər ki, Almaniyaya gəldikdən sonra çalışdıqları çiyələk firmasının sahibi onları müqavilə ilə nəzərdə tutulmuş qaydalarda çalışdırmayıb.

“Bildiyiniz kimi bu ildən artıq Gürcüstan vətəndaşları Almaniyaya mövsümlük işçi kimi gedə bilirlər. Əsasən qulançar və çiyələk tarlalarında iş təklif olunur. Müqavilədə yazılmışdı ki, bizə saat başına 9,35 avro pul ödəyəcəklər, qalma yeri ilə təmin edəcəklər, bir otaqda maksimum iki nəfər qalacaq, koronavirusla bağlı tədbirlərə riayət ediləcək və hər həftə müayinədən keçiriləcəyik. Ancaq Almaniyaya gəldikdən sonra bu vədlərin demək olar ki, heç biri olmadı”- deyə şikayətçi azərbaycanlılar bildiriblər.

Onların sözlərinə görə, şərqi Avropadan, xüsusilə Rumıniyadan gələn işçilərin bir çoxu koronavirusa yoluxduqdan sonra, ölkələrinə qayıtmaq məcburiyyətində qalıblar. Bəziləri isə, qulançar tarlalarındakı işin ağırlığına görə geri qayıdıblar:

“Təsəvvür edin, bir otaqda 5-6 nəfər qalırıq. Vəd etdikləri 9,35 avro iş saatına görə yox, səhər qoyulan plana görə verilir. Məsələn, menecer gəlib səhər deyir ki, bu gün adambaşına 300-500 kilo çiyələk yığmalısız. Hava qaralır, iş saatı bitir, ancaq görürük ki, 200 kilo güclə yığmışıq. Bu günün kəsirini növbəti günə əlavə edib, tələb edirlər. Qısacası bizi burada çox ağır şərtlər altında işlədirlər”.

Şikayətçi Gürcüstan azərbaycanlıları bildiriblər ki, Bavariyadakı əmək müfəttişliyinə və yerli səhiyyə təşkilatına şikayət etdikdən sonra, tarlalarda yoxlamalar aparılıb:

“Ancaq bu yoxlamalar barədə əvvəlcədən xəbərdar olan firma sahibi bir gün öncəsindən hər şeyi qaydasına qoydu. Hətta bizə sürətli korona testi payladı. Yalnız nəticəsi neqativ olanlar tarlaya buraxıldı”.

Şikayətçilər bildiriblər ki, Gürcüstanda müqavilə bağladıqları şirkəti məhkəməyə verməyə hazırlaşırlar.

“Report”un Avropa bürosunun əməkdaşı məsələ ilə bağlı Bavariya əyalətindəki çiyələk firmasının rəhbərliyinə sorğu göndərib. Ancaq firma hələ də sorğuya cavab verməyib.скачать dle 11.3

Son xəbərlər