Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağcabədidə Milli Qəhrəmanın anım mərasimi keçirilib

13.04.2021 20:11 1 095
Ağcabədidə Milli Qəhrəmanın anım mərasimi keçirilib
Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa şəhərini düşməndən qoruyarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günüdür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu münasibətlə Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyəti Sadıq Hüseynovun adını daşıyan Xocavənd kənd tam orta məktəbində olub, qəhrəmanın büstü önünə gül-çiçək dəstələri qoyub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, S.Hüseynov 1989-cu ildə polis əməkdaşı kimi xidmətə başlayıb. Şuşa şəhərində sahə müvəkkili vəzifəsində çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə digər silahdaşları kimi şəhərin müdafiəsində dayanıb. Bir neçə dəfə yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib, 1992-ci il aprelin 13-də gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.скачать dle 11.3

Son xəbərlər