Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" |
Mojo.az Avto
Mojo.az Avto

Ravin Zamir İsayev: “Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm”

08.04.2021 22:11 3 753
Ravin Zamir İsayev: “Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm”
“Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanın bütün əsas dini konfessiyalarının nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərini ziyarət ediblər. Mən də dəvət olunanlar arasında idim. Burada gördüklərim azad edilmiş Zəngilanda bir neçə ay əvvəl olduğum zaman yaşadığım dəhşətli təəssüratları bir daha xatırlatdı”.

Bunu 46 saylı Bakı yəhudi məktəbinin direktoru, “Vaad Le-Atsala” yəhudi təşkilatının Azərbaycan bölməsinin rəhbərinin müavini ravin Zamir İsayev stmegi.com portalına dini konfessiya nümayəndələrinin azad edilmiş ərazilərə səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər yer viran edilib, evlər tamamilə dağıdılıb. Ağdamda bütöv heç nə qalmayıb.

“Minalanmış sahələrin arasıyla gedərkən yoldan çıxmaq çox təhlükəlidir. Bundan əlavə, bizi daha bir hal dəhşətə gətirdi: Ermənilər Azərbaycan qəbristanlıqlarını otlağa çevirib, orada donuz və inək otarıblar. Məscidlər donuzların da saxlandığı tövlə kimi istifadə olunub. Şeyxülislamın rəhbərliyi ilə Ağdam şəhərinin Cümə məscidində təntənəli namaz qılındı. Mərasimdə hər üç konfessiyanın nümayəndələri iştirak etdilər. Bununla da, Azərbaycanın müxtəlif millətlərin nümayəndələri arasında sülhün hökm sürdüyü və çiçəkləndiyi sülhsevər ölkə olması bütün dünyaya bir daha sübut olundu. Həmçinin Azərbaycanın öz haqlarını müdafiə etməsi və torpaqlarını azad etməsi də təsdiqini tapmış oldu.

Açığını deyim ki, bu yerlərdə insan qarışıq hisslər keçirir. Bir tərəfdən, bu, Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının, cəsur ordumuzun böyük qələbəsidir. Digər tərəfdən, kütləvi dağıntıları görən insanın qəlbində onu törədənlərə qarşı güclü bir qəzəb alovlanır. Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm.

Holokost da daxil olmaqla, dünyada bu qədər dəhşət və faciələrlə üzləşən bir xalqın nümayəndəsi olaraq düşünürəm ki, kütləvi qırğının, doğma yurdlardan, evlərdən qovulmanın, zülmə məruz qalmanın nə olduğunu yəhudilər çox yaxşı bilirlər. Buna görə də biz, Azərbaycan yəhudiləri, vətənimizlə bağlı həqiqətləri dünya birliyinə çatdırmaq üçün əlimizdən gələni edirik. Tanrıya şükür ki, torpaqlarımız azad edildi, münaqişə bitdi. Ancaq burada görülən mənzərə heç vaxt yaddaşlardan silinə bilməz”, - deyə Z.İsayev qeyd edib.

Son xəbərlər