Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti: "Peyvəndlərin ədalətsiz paylanması bizi dərindən narahat edir"

06.04.2021 21:14 1 365
Azərbaycan Prezidenti:
"Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək".

Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.

"Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq", - dövlət başçısı bildirib.скачать dle 11.3
Mojo.az Banner