Mojo.az Banner
SON DƏQİQƏ
13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəmi 4 günə tarixi dəyişən igidlər... - VİDEO

02.04.2021 18:02 1 932
Cəmi 4 günə tarixi dəyişən igidlər... - VİDEO
Bu gün "Aprel döyüşləri"nin başlanmasından 5 il ötür.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçiblər. Azərbaycan mövqeləri və yaşayış məntəqələri atəşə məruz qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnib.

"Aprel döyüşləri" nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan, Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aprelin 5-də Moskva şəhərində beynəlxalq qurumların müşahidəsi ilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs müqaviləsi imzalanıb.

Döyüşlər nəticəsində Ermənistan Ordusunun 560 hərbçisi məhv edilib, 500 hərbçi yaralanıb, 33 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib.

Erməni təxribati nəticəsində Azərbaycanda 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.

"Aprel döyüşləri"ndə şəhid olan polkovnik Vüqar Yusifov "Vətənə xidmətə görə" ordeni ilə, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucov "İgidliyə görə" medalı ilə, Ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Bəkir İsmayılov "Azərbaycan bayrağı" ordeni ilə təltif ediliblər.

Polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polkovnik Şükür Həmidov isə hələ o zaman sağikən bu ada layiq görülüb. Ş.Həmidov Vətən Müharibəsində şəhid olub.скачать dle 11.3

Son xəbərlər