Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tükürpədici qətlin pərdəarxası: Sərdar qızın meyitini anası ilə birlikdə “skotç”layıb

31.03.2021 16:13 1 023
Tükürpədici qətlin pərdəarxası: Sərdar qızın meyitini anası ilə birlikdə “skotç”layıb
Gəncədə bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın yaxınları bəzi məsələlərə aydınlıq gətiriblər.

Ailəyə yaxın adamlardan biri, adının açıqlanmasını istəməyən şəxs “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Pərvinlə eyni universitetdə təhsil alan, onun qətlində təqsirləndirilən 20 yaşlı Sərdar Cəfərovla Pərvinin münasibətləri qətldən öncə yox, hadisədən təxminən 1 il əvvəl pisləşib:

“Pərvinin qrup yoldaşlarının dediyinə görə, Sərdar Pərvinə barışıq üçün dəfələrlə təkidlər edibmiş.

Fevralın 19-da Sərdarın təkidi ilə onlar sonuncu dəfə görüşüb. Görüş yerinə tək, ictimai nəqliyyatdan istifadə edərək gələn Pərvin bir müddət açıq havada onunla söhbət edib. Sonra Sərdarın “görən olar” deyərək söhbəti maşında davam etdirmələri üçün Pərvini təkidlə maşına əyləşdirdiyi deyilir.

Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib.

Sərdar isə Pərvini boğaraq öldürüb. Bundan sonra Sərdar Pərvinin meyitini maşınında saxlayaraq anası ilə yaşadığı evə gedib. Onun maşını tələsik şəkildə yaşadığı evə sürməsi və marketdən “skoç” alması onun yaşadığı ərazidə olan təhlükəsizlik kameralarına düşüb”.

İddiaya görə, Sərdar meyiti yaşadığı evdə anası ilə birlikdə “skoç”la bağlayıb:

“İzi itirmək üçün meyiti böyük qutuya qoyub, o formada bir neçə saat evdə saxlayıb. Gecə saatlarında meyiti elə qutuda yaşadığı evin yaxınlığındakı zibil qutusuna atıb. Üstünə isə əlavə zibillər qoyub. Bunlar da kameraya düşüb. Zibil maşını səhər saatlarında qutuları boşaldaraq “Avtozavod” qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə aparıb. Buna görə də Pərvinin meyitinin tapılması çətinləşib, bir aya qədər uzanıb”.скачать dle 11.3
Mojo.az Banner