Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu |
Mojo.az Avto
Mojo.az Avto

Qalmaqallı peyvəndin adı dəyişdirildi

30.03.2021 11:02 981
Qalmaqallı peyvəndin adı dəyişdirildi
Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı dəyişdirilib.

İsveç Sağlamlıq Məhsulları Agentliyinin saytında qeyd edilən məlumata görə, onun yeni adı “Vaxzervia” olacaq.

Qeyd olunur ki, ad dəyişikliyindən sonra dərmanın tərkibində heç bir dəyişiklik olmayacaq. Həmçinin, yeni məhsulun etiketlənməsi və qablaşdırılması fərqli ola bilər.

Sözügedən peyvəndin istifadəsini dayandıran son ölkə Kanada olub. Orada dərman artıq 55 yaşdan yuxarı insanların vaksinasiyası üçün istifadə olunmayacaq.

Kanadalı mütəxəssislərin fikrincə, “AstraZeneca” ilə vaksinasiya olunanlarda tromboz ehtimalı 100 000-də 1-dir. Əvvəl hesab edirdilər ki, bu təsir milyon insandan birində müşahidə olunur.

Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.

Eyni zamanda, dərman istehsalçıları onun təhlükəsiz olmasında israrlıdır.

Son xəbərlər