Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Hacı Əliyev finalda erməni ilə güləşəcək

18.03.2021 23:58 1 371
Hacı Əliyev finalda erməni ilə güləşəcək
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 5 çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 5 üzvü də mübarizəyə qoşulub. Onlardan 3-ü finala yüksəlməklə, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəyə də yiyələniblər.

Təmsilçilərimizdən İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzan Bazarqanov lisenziya qazanmaq şansını itirib.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala adlayıb. Moldova güləşçisinə də qalib gələn Hacı finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib.

Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lisenziyanın sahibinin müəyyənləşdiyi görüşə inamlı start verən təcrübəli güləşçimiz alman rəqibi üzərində 4:0 hesablı üstünlük qazansa da, aldığı zədə üzündən məğlubiyyətdən qaça bilməyib.

Təsəlliverici görüşlər və final qarşılaşmaları martın 19-da keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da təsəlliverici görüşlər, 19:00-da isə medallar uğrunda qarşılaşmalar start götürəcək.

Sərbəst güləş
57 kq
1/8 final. İslam Bazarqanov - Niklas Steşele (Almaniya) - 5:0
1/4 final. İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) - 10:0
1/2 final. İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan) - 1:9
Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova)

65 kq
1/8 final. Hacı Əliyev - Corc Ramm (Böyük Britaniya) - 13:2
1/4 final. Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) - 5:2
1/2 final. Hacı Əliyev - Maksim Sakultan (Moldova) - 5:1
FİNAL. Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan)

74 kq
1/8 final. Hacımurad Hacıyev - Andre Afa (Fransa) - 13:6 (tuşe)
1/4 final. Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) - 5:4
1/2 final. Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya) - 7:0
FİNAL. Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan)

86 kq
1/8 final. Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) - 10:5
1/4 final. Abubakr Abakarov - Osman Gocen (Türkiyə) - 4:4*
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan)

125 kq
1/4 final. Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) - 3:2
1/2 final. Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya) - 6:15
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya)

Qeyd edək ki, bugünkü yarışa qədər ölkəmizin 15 idmançısı Olimpiya Oyunlarına vəsiqə qazanmışdı. Onlardan ikisi güləşçidir. Bunlar qadın güləşində Mariya Stadnik (50 kq), sərbəst güləşdə Şərif Şərifovdur (97 kq).

Son xəbərlər