Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayramda əsassız qiymət artıranlara XƏBƏRDARLIQ + FOTO

18.03.2021 15:26 798
Bayramda əsassız qiymət artıranlara XƏBƏRDARLIQ + FOTO
Qiymət intizamına nəzarət gücləndirilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, iri istehsalçılar, idxalçılar və market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda mövcud qiymətlərin əsassız olaraq dəyişdirilməsinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib.

Sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehlalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.

Əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılmasının yolverilməz olduğu vurğulanıb.

Qeyd edilib ki, əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək.

скачать dle 11.3
Mojo.az Banner