Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kafedə çəkdiyi qəlyanı “TikTok”da yayımlamaq müştəriyə baha başa gəldi - FOTO/VİDEO

18.03.2021 15:13 810
Kafedə çəkdiyi qəlyanı “TikTok”da yayımlamaq müştəriyə baha başa gəldi - FOTO/VİDEO
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Tüstü” çay evində qəlyandan istifadə və bunun “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə polis orqanlarına məlumat daxil olub.

Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polislər tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə video yayımlayan bir nəfər isə cərimə olunub.

Xırdalan şəhərində keçirilən daha bir tədbir zamanı “Rich club” çay evində də müştərilərin mütəmadi olaraq qəlyandan istifadə etdiyi müəyyən edilib. Tədbir zamanı orada qəlyandan istifadə edən iki müştəri cərimə olunub. Obyektin icarədarı Murad Hacıyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.

скачать dle 11.3
Mojo.az Banner