Mojo.az Banner
18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qaz təchizatında dayandırmalara dair məlumatlar abonetlərə SMS formasında göndərildi

17.03.2021 19:19 1 032
Qaz təchizatında dayandırmalara dair məlumatlar abonetlərə SMS formasında göndərildi
Mart ayının 17-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir. Bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir. Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb. Bundan başqa Xəzər rayonu, Şüvalan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.

Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarı ilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər. “Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.скачать dle 11.3
Mojo.az Banner