Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Son günlər Azərbaycanda koronavirus niyə artır? - AÇIQLAMA

17.03.2021 13:14 1 017
Son günlər Azərbaycanda koronavirus niyə artır? - AÇIQLAMA
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə bildirib ki, ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır:

“Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır”.

Hazırki yoluxma sayının karantin rejiminin sərtləşməsinə zəmin yaratması məsələsinə toxunan R.Mahmudov bildirib k, istənilən ölkə birillik təcrübəni də nəzərə alaraq, eyni zamanda ölkədəki səhiyyə resurslarının vəziyyəti, xəstəxanalarda, reanimasiya yataqlarındakı, süni tənəffüs aparatlarındakı doluluq səviyyəsi nəzərə alınaraq tədbirlər planı hazırlayır:

“Dünyadakı birillik təcrübə onu göstərdi ki, sərt karantin rejimlərinin tətbiqindən daha çox, insanların şəxsi gigiyenik qaydalara riayət edərək qabaqlayıcı tədbirlər görməsi, eləcə də cəmiyyətin böyük bir hissəsinin virusa qarşı mübarizəyə məsuliyyətlə yanaşması müəyyən nəticə verə bilər.

Amma lokal olaraq, istər ictimai iaşə obyektləri olsun, istərsə məktəblərdəki vəziyyətə görə rəqəmlər günlük analiz edildikdən sonra bəlli bir zaman içərisində operativ qərərgahın bütün aidiyyəti qurumları və ekspertlər tərəfindən müzakirə olunduqdan sonra addımlar atılır. Arzu edək ki, bundan sonrakı günlərdə bu rəqəmlər artmadan, ölkə səhiyyəsinin qaldıra biləcəyi şəkildə mübarizəni davam etdirək və ən qısa müddət çərçivəsində xəstə sayının yenidən azalmasını müşahidə edək.

Amma biz hər birimiz belə bir vəziyyətdə sadəcə dövlət tərəfindən verilən qərarları və addımları gözləməməliyik. Vətəndaş məsuliyyətimizi dərk edərək bu virusa qarşı mübarizə aparmaqla həm dövlətimizə dəstək olarıq, həm də bu xəstəlikdən gələcəkdə əziyyət çəkib həyatı təhlükə yaşayacaq insanların sayının azalmasına kömək edə bilərik”.скачать dle 11.3
Mojo.az Banner