Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazir Azərbaycanın vaksinasiya xərclərini açıqladı

16.03.2021 12:28 912
Baş nazir Azərbaycanın vaksinasiya xərclərini açıqladı
Milli Məclisin iclası keçirilir. İclasda Baş nazir Əli Əsədov ötən ilin hesabatını təqdim edir.

Baş nazir bildirib ki, 2020-ci il pandemiyanın fəsadlarına baxmayaraq bir sıra mühüm hadisələrlə yadda qalıb: “Altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər mühüm hadisələrdən biri olub və çoxpartiyalı parlament formalaşıb. Ötən il hökumətlə parlament arasında münasibətlər daha da dərinləşib. Keçən il strateji layihələrin icrası və digər islahatların həyata keçirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilib. TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarılıb. Dünya Bankının müvafiq hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb”.

O bildirib ki, ötən il pandemiya ilə mübarizə məqsədilə davamlı tədbirlər həyata keçirilib: “Bunun qarşısını almaq və xəstəliklə mübarizə aparılması üçün dövlət başçısının sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə ayrılıb, qısa müddətdə modul tipli xəstəxanalar yaradılıb. İl ərzində xarici ölkələrdən tibbi personal Azərbaycana dəvət edilib. Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub”.

O bildirib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib: “Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm”.скачать dle 11.3
Mojo.az Banner