Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

13.03.2021 17:59 2 358
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub.

Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.скачать dle 11.3
Mojo.az Banner