Mojo.az Banner
18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəyə getmək istəyənlərin nəzərinə

13.03.2021 17:50 1 005
Türkiyəyə getmək istəyənlərin nəzərinə
Martın 15-dən etibarən Türkiyəyə səfər edəcək şəxslər “Türkiyəyə giriş anketi”ni doldurmalı olacaqlar.

Bununla əlaqədar olaraq Türkiyənin Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının qeyd olunduğu anketi təkmilləşdirib.

Qeyd olunur ki, xaricdən hava yolu nəqliyyatı ilə Türkiyəyə gələn şəxslər 72 saat içərisində “register.health.gov.tr” saytına daxil olaraq, təqdim edilmiş anketi doldurmalıdırlar.

Anket tamamlanandan sonra isə onun ya kağız daşıyıcıda, ya da mobil cihazlarda surətini özünüzlə götürmək məcburidir.

Sözügedən anketin sərnişinlər tərəfindən doldurulub-doldurulmadığı uçuşdan əvvəl aviaşirkət tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, elektron anketi doldurmaq məcburiyyəti tranzit sərnişinlərə aid deyil.



скачать dle 11.3
Mojo.az Banner